Ermənilər qisas aldı
Rusiyanı Mineralnıye Vodı şəhərində kafelərin birində ermənilər Rusiya xüsusi təyinatlısını qətlə yetiriblər.
ANS PRESS-in məlumatına görə, hadisə barədə polisə gecə saat 1 radələrində məlumat daxil olub. Minvod kafelərindən birində hərbçilərlə yerli sakinlər arasında dava düşüb. Hərbçilərdən biri sinəsində aldığı yaradan elə hadisə yerində dünyasını dəyişib. Onun 1991-ci il təvəllüdlü Qriqoryan adlı erməni tərəfindən öldürüldüyü bildirilir.
İki millət arasında münasibət rus əsgər Valeri Permyakovun yanvarın 12-də Ermənistanın Gümrü şəhərində Avetisyan ailəsinin 7 üzvünü qətlə yetirməsi xəbərindən sonra kəskin pisləşib. Ermənilər Avetisyanlar ailəsinin qatili olduğu iddia edilən Valeri Permyakovun erməni məhkəməsinə verilməsini tələb edirdilər. Ermənistan İstintaq Komitəsi də Valeri Permyakova qarşı cinayət işi qaldırıb. Komitə onu Ermənistan Cinayət Məcəlləsinin 104-cü maddəsi ilə istintaqa cəlb etmək istəyir. Amma Rusiya tərəfi ermənilərin istəyini rədd etdi.
Hadisə Ermənistanda Rusiya hərbi bazasına qarşı ciddi etirazlara səbəb olub. Yüzlərlə insan İrəvandan Gümrüyə axın edərək hərbi bazanın və Rusiya konsulluğunun qarşısında etiraz mitinqi keçirir. Hazırda davam edən aksiyada etirazçılarla polis arasında qarşıdurma yaşanır. Aksiyada Rusiya bayrağı ayaqlar altına atılaraq tapdanıb.
Bir çox ekspertlər ermənilərin Şimali Qafqazda ruslara qarşı çıxışlarını yeni “Böyük Ermənistan” layihəsi ilə bağlayırlar. Məsələ bundadır ki, bir sıra ABŞ xəritələrində Şimali Qafqazın Xəzərdən Qara dənizə qədər uzanan çöllükləri Böyük Ermənistan kimi göstərilir. Regiona son 20 ildə 3 milyona yaxın erməninin yerləşdirilməsi və rusların kəndləri qoyaraq Moskva ətrafına köçməsi də bu layihəni ağlabatan edir. Hadislər 1915-ci il İrəvanını xatırladır. 1850-ci illərdə İran və Türkiyədən Azərbaycanın İrəvan vilayətinə köçürülmüş ermənilər bu cür addımlarla 1918-ci ildə vilayəti tam əldə keçirərək Ermənistana çevirə bildilər.
Mənbə:> ANSPRESS