Serj rus əsgəri tutmaq istəyir » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Kriminal, Dünya

Serj rus əsgəri tutmaq istəyir

Serj rus əsgəri tutmaq istəyir


Ermənistan İstintaq Komitəsi Gümrü şəhərində erməni ailəni qətlə yetirmiş rus əsgər Valeri Permyakova qarşı cinayət işi qaldırıb.

ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb. Komitədən bildirilib ki, hazırda qatilin cinayətdən sonra qət etdiyi marşrut yoxlanılır. Onun Ermənistan Cinayət Məcəlləsinin 104-cü maddəsi ilə istintaqa cəlb edilməsi qərara alınıb.

Valeri Permyakov yanvarın 12-də Gümrü şəhərində Avetisyan ailəsinin 6 üzvünü qətlə yetirib. Yalnız 6 yaşlı Seryoja sağ qalıb. Valeri Permyakovu Ermənistan - Rusiya sərhədində yerləşən Bayandur kəndində Rusiya sərhədçiləri tutub.

Hadisə Ermənistanda Rusiya hərbi bazasına qarşı ciddi etirazlara səbəb olub. Yüzlərlə insan İrəvandan Gümrüyə axın edərək hərbi bazanın və Rusiya konsulluğunun qarşısında etiraz mitinqi keçirir. Hazırda davam edən aksiyada etirazçılarla polis arasında qarşıdurma yaşanır. Aksiyada Rusiya bayrağı ayaqlar altına atılaraq tapdanıb.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *