Xəzərdə Rusiya gəmisi yanır » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Kriminal

Xəzərdə Rusiya gəmisi yanır – YENİLƏNİB

Xəzərdə Rusiya gəmisi yanır


İnsanlar təxliyə edilib.

Xəzər dənizində yanan gəmidə olan 18 nəfər yaxınlıqda olan gəmi tərəfindən təxliyə edilib.

Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti-yə şənbə günü FHN Cənubi regional mərkəzindən bildiriblər.

FHN-in nümayəndəsinin sözlərinə görə, hadisə Xəzər dənizində Türkmənistan ərazi sularında Həştərxanın 800 km-də baş verib.

“Gəmi boşdur. Göyərtədə 18 nəfər heyət üzvü var, onların hamısı yaxınlıqda üzən gəmi tərəfindən təxliyə edilib”, - agentliyin həmsöhbəti deyib.

“Hazırlıqlar başa çatdıqdan sonra Rostovdan FHN Cənubi aviasiya-xilasetmə mərkəzindən Be-200 təyyarəsi havaya qalxacaq”, - FHN nümayəndəsi bildirib.

Daha öncə təcili xidmətlərdəki mənbə RİA Novosti-yə yanğın nəticəsində bir nəfərin öldüyü barədə məlumat vermişdi.

***

Xəzər dənizində sahildən təqribən 110 km məsafədə Rusiya Federasiyası bayrağı altında üzən “PALFLOT 2” gəmisində yanğın baş verib.

Oxu.Az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazirliyin Aviasiya dəstəsinin helikopterləri, Dövlət Yanğından Mühafizə Xidmətinin “Vixr-5” gəmisi və yaxınlıqda olan digər gəmilər hadisə yerinə cəlb edilib.

Əlavə məlumat veriləcək.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *