13 il öncə Xəzərdə baş verən o qəzada 41 azərbaycanlı boğulmuşdu
2015-ci il dekabrın 4-də Xəzərdəki "Günəşli” yatağında baş vermiş qəza çoxsaylı insan itkisi ilə bütün Azərbaycanı sarsıtdı.
“Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş partlayış-yanğından 32 nəfər xilas olunub, 2 nəfərin meyiti tapılıb, 29 nəfər isə itkin düşüb.
Xəzər dənizində buna qədər də kütləvi insan tələfatı ilə nəticələnən daha bir dəhşətli hadisə baş verib.
Oxu.Az xatırladır ki, o hadisədən 13 il keçir.
Yəqin ki, 2002-ci il oktyabrın 22-də Azərbaycana məxsus "Merkuri-2" gəmi-bərəsinin batması yaddaşlardan silinməyib.
Bakıdan 130 kilometr aralıda Aktau-Bakı marşrutu ilə hərəkət edən Xəzər Dəniz Gəmiçiliyinin “Merkuri-2” gəmisi məümmalı qəza nəticəsində batdı.
Qəza nəticəsində gəmidəki 50 nəfərdən 41-i suda boğuldu, cəmi 9 nəfər xilas edilə bildi.
Bu, Azərbaycanın gəmi nəqliyyatı tarixində ən böyük qəza idi.
“Merkuri-2” gəmisi hələ də Xəzər dənizinin dərinliklərində qalır. O gəmidə qəza zamanı Kanadanın "Hurricain Hidrocarbons" şirkətinə məxsus içi neftlə dolu 15 dəmiryol sisterni də vardı.
Ümumi ağırlığı 900 ton olan neft batandan sonra Bakı ilə Astana arasında hətta qalmaqal da yaşansdı.
Rəsmi Bakı Qazaxıstanı "gəmi-bərənin hərəkəti zamanı təhlükəsizlik qaydalarına və yükün maksimal yolverilən ağırlığına riayət olunmamaq"da suçladı, Astana isə Azərbaycanı "əsassız iddialar"da günahlandırdı.
Mənbə:> Oxu.Az