İran vətəndaşı Bakıda dəm qazından zəhərləndi
İran vətəndaşı Bakıda dəm qazından zəhərlənərək ölüb.
Oxu.Az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, martın 18-də İran vətəndaşı Məcid Süleymanzadə Nəsimi rayonu ərazisində kirayədə yaşayan həmyerlisinin evində hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə:> Oxu.Az