Bakıda faciə: Ər-arvad dəm qazından zəhərləndi
Bakıda dəm qazı daha bir nəfərin ölümünə səbəb olub.
AzNews.info xəbər verir ki, Xətai rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayonun M.Rüstəmov küçəsində yaşayan 1977-ci il təvəllüdlü Rəşad Aydın oğlu Əliyev və onun həyat yoldaşı, 1980-cı il təvəllüdlü Səbinə Ramiz qızı Sübhani yaşadıqları evdə dəm qazından zəhərləniblər.
Onlar təcilli olaraq xəstəxanaya çatdırılsalar da, R.Əliyevi xilas etmək mümkün olmayıb və o, dünyasını dəyişib. S.Sübhaninin vəziyyəti isə ağır olaraq qalır.
Faktla bağlı araşdırma aparılır.
Mənbə:> APA