Dəm qazından daha iki nəfər öldü

Azərbaycanda dəm qazı daha iki nəfərin həyatına son qoyub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, dekabrın 15-nə keçən gecə Sabunçu rayonunun Ramana qəsəbəsində yaşayan Sənan Nəsibov və Sumqayıt şəhərində yaşayan Siraculla Mirzəyev evlərində dəm qazından zəhərlənərək ölüblər.
Hər iki faktla bağlı araşdırma aparılır.
Mənbə: Oxu.Az