Havalar soyudu, "dəm qazı terroru" başladı: 2 ölü
Bakının Binəqədi rayonunda iki nəfər dəm qazından boğulub.
Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayon ərazisində yaşayanlar - İmaməddin Gözəlov və Samir Hüseynov mənzillərində dəm qazından zəhərlənərək ölüblər.
Hər iki faktla bağlı araşdırma aparılır.
Mənbə:> APA