Tələbə qız kirayə yaşadığı evdə dəm qazından boğuldu » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Kriminal

Tələbə qız kirayə yaşadığı evdə dəm qazından boğuldu

Tələbə qız kirayə yaşadığı evdə dəm qazından boğuldu


İsmayıllı rayon sakini Şamaxıda kirayədə yaşadığı evdə dəm qazından boğularaq ölüb.

AzNews.info-nun APA-ya istinadən xəbərinə görə, hadisə fevralın 28-i səhər saatlarında Şamaxı şəhərinin H. Aslanov küçəsindəki 18 saylı evdə qeydə alınıb.

İsmayıllı rayonu Qubaxəlilli kənd sakini, 1994-cü il təvəllüdlü Mikayılova Aygün Yunis qızı hamamda kustar üsulla quraşdırılan su qızdırıcısının nasazlığı səbəbindən dəm qazından boğularaq ölüb.

22 yaşlı qızın meyiti müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsinə aparılıb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Qeyd edək ki, Aygün Mikayılova Şamaxı Dövlət Humanitar Kollecinin ikinci kurs tələbəsi olub.

Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *