Bakıda 19 yaşlı tələbə qızın faciəvi ölümü
Bakıda 19 yaşlı tələbə qız dəm qazından boğularaq ölüb.
AzNews.info xəbər verir ki, dəm qazı daha bir nəfərin həyatına son qoyub. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün rayonun Seyidzadə küçəsi 35, mənzil 5 ünvanında baş verib.
Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Nuranə İlqar qızı İbadova yaşadığı evdə dəm qazından boğularaq ölüb.
Polisdən N. İbadovanın Azərbaycan Kooperasiya Universitetinin tələbəsi olduğu bildirilib.
Mənbə:> APA