Nazirliyin qarovul rəisi özünü körpüdən atmaq istədi
Müdafiə Sənayesi Nazirliyinin Təhlükəsizlik və Mühafizə İdarəsini qarovul rəisi Ağazadə Orxan Natiq oğlu mart ayının 4-də saat 00.30-da Cavanşir körpüsünə (xalq arasında “Qaqarin körpüsü” adlanır) qalxaraq intihara cəhd edib.
AzNews.info Sputnikə istinadən xəbər verir ki, Nizami RPİ əməliyyatçıları hadisə yerinə vaxtında gələrək 21 yaşlı məmurun həyatını xilas ediblər.
Gənc adamı körpüdən düşürmək mümkün olub. Orxan Ağazadə ilə ilkin söhbət zamanı hüquq-mühafizə orqanı əməkdaşları qarovul rəisinin intihara cəhdinə Təhlükəsizlik və Mühafizə İdarəsinin rəhbərliyi ilə mübahisənin səbəb olduğunu müəyyənləşdiriblər.
Ağazadə iddia edir ki, rəis onu təhqir edib.
Hazırda işin materialları araşdırma üçün rayon prokurorluğuna təqdim edilib.
Mənbə:> Sputnik.az