Bakı sakini özünü 20 metrlik qüllədən atmaq istədi
Bakının Qaradağ rayonunda intihara cəhd hadisəsi olub. ANS PRESS-in FHN-nin saytına istinadən verdiyi xəbərə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin Bohran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumçat daxil olub.
Məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda 1 nəfər kərpicdən tikilmiş 20 metrlik qülləyə çıxaraq intihar etmək niyyətini nümayiş etdirib. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin muvafiq xilasetmə qüvvələri cəlb olunub.
Xilasedicilər tərəfindən aparılmış psixoloji söhbət nəticəsində vətəndaş fikrindən daşındırılaraq aşağı endirilib və aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat saat 00:38-də başa çatıb.
Mənbə:> ANSPRESS