İntihara cəhdin qarşısı alındı
Abşeron rayonunda 1 nəfərin intihar etməsinin qarşısı alınıb. ANS PRESS-in FHN mətbuat mərkəzinə istinadən verdiyi xəbərə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub. Məlumata əsasən, Abşeron rayonunda 1 nəfər intihar etmək niyyətini nümayiş etdirib.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Xilasedicilər tərəfindən aparılmış psixoloji söhbət nəticəsində vətəndaş fikrindən daşındırılaraq intihara cəhdin qarşısı alınıb. Əməliyyat saat 02:56-da başa çatıb.
Mənbə:> ANSPRESS