İntihara cəhd etdi, körpüyə çıxdı
AzNews.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonunda 1 nəfərin intihar məqsədilə körpünün üzərinə çıxması barədə məlumat daxil olmuşdur.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Xilasedicilər tərəfindən vətəndaşla aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınmışdır. İntihara cəhd edən şəxs aidiyyəti üzrə təhvil verilmişdir.
Əməliyyat saat 01:32-də başa çatmışdır;
Mənbə:> AzNews.info