Bakıda intihara cəhdin qarşısı alındı
Virtualaz.org nazirliyin saytına istinadən bildirir ki, dərhal hadisə yerinə xilasetmə qüvvələri cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb.
Hadisə yerində məlum olub ki, vətəndaş çoxmərtəbəli binanın eyvanına çıxaraq intihar etmək niyyətini nümayiş etdirir. Xilasedicilər tərəfindən aparılmış psixoloji söhbətlər nəticəsində intihar etmək istəyən şəxs fikrindən daşındırılıb və təhlükəsiz əraziyə endirilərək aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat saat 14:01-də başa çatıb.
Mənbə:> Virtualaz.org