Azərbaycanlı məmurun yaxın qohumunu intihara sövq ediblər?
Bakıda baş verən intihar hadisəsi ilə bağlı cinayət işi açılıb.
AzNews.info xəbər verir ki, APA-nın məlumatına görə, 1964-cü il təvəllüdlü Məzahir Cəfərovun özünü asması faktı ilə üzrə Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Qeyd edək ki, M.Cəfərov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qaynıdır.
Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır.
Yaxınları ilkin olaraq 1964-cü il təvəllüdlü Məzahir Cəfərovun intiharına ağır xəstəlikdən irəli gələn psixoloji durumun səbəb olduğunu göstəriblər.
Mənbə:> APA