Nazim İbrahimovun qaynı özünü asdı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial » Hadisə

Nazim İbrahimovun qaynı özünü asdı

Nazim İbrahimovun qaynı özünü asdı


Məşhur iş adamı Hacı İbrahim Nehrəmlinin yaxın qohumu intihar edib.

Məzahir Cəfərov adlı həmin şəxs dünən paytaxtın Həsən Əliyev küçəsində yerləşən mənzilində asılmış halda tapılıb.

Məlumata görə, “Sahil D” MTK-nın direktoru vəzifəsində çalışan M.Cəfərov Hacı İbrahim Nehrəmlinin (həm də Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun-red.) yaxın biznes ortağı olub, eyni zamanda İbrahimov qardaşlarından Sahib İbrahimovun tikinti işlərinə nəzarət edirmiş. O, Nazim İbrahimovun qaynı idi.

Qeyd edək ki, Məzahir Cəfərovun adı bir müddət əvvəl mətbuatda hallanmışdı. Bildirilirdi ki, tikinti dələduzluğuna, bir mənzilin bir neçə nəfərə satılmasına görə Məzahir Cəfərov həbs edilib, Sahib İbrahimov isə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Bu hadisə İbrahimovun şəriki İlham Qasımovla apardığı məhkəmə prosesində uduzmasından sonra baş vermişdi. Ali Məhkəmənin qərarına əsasən, Sahib İbrahimovun Rövşən Əliyev küçəsində tikdiyi 24 mərtəbəli 4 bina İlham Qasımova verilmişdi.

Məlumat üçün bildirək ki, bu binaları “Galaxy Palace” şirkəti tikirdi. İstintaq zamanı 8 milyon manatlıq yeyintinin olduğu aşkarlanmışdı

Nazim İbrahimovun qaynı özünü asdı
(aznews.az).
Məzahir Cəfərov keçmiş ortaqları ilə

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *