Bakıda arvadı evdən gedən kişi intihar etmək istədi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Kriminal

Bakıda arvadı evdən gedən kişi intihar etmək istədi

Bakıda arvadı evdən gedən kişi intihar etmək istədi


Bakıda intihara cəhd hadisəsi baş verib.

AzNews.info-nun APA-ya istinadən məlumatına görə, hadisə Suraxanı rayonu ərazisində, Yeni Günışli qəsəbəsində qeydə alınıb.

1993-cü il təvəllüdlü Bağırov Elçin Ramin oğlu yaşadığı doqquzmərtəbəli binanın damından özünü atacağı ilə hədələyib. Hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb ediliblər. Xilasedicilər intihara cəhdin qarşısını alıblar və 22 yaşlı gənc xilas edilib.

İlkin məlumata görə, intihara cəhdə ailə münaqişəsi səbəb olub. Elçin Bağırovun həyat yoldaşı onu tərk edib və o, bu səbəbdən intihar etmək istəyib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsində araşdırma aparılır. Elçin Bağırov hazırda polis bölməsindədir.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *