Moskva sakini azərbaycanlıya hücum etdi
O, qılınc ilə silahlanıb.
Rusiya paytaxtının şimali-şərqində Azərbaycan vətəndaşına qılınc ilə hücum etməkdə şübhəli bilinən Moskva sakini saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə İnterfaks hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
Bazar ertəsi - noyabrın 30-da 27 yaşlı kişi Azərbaycan vətəndaşına soyuq silah ilə əl və çiyin nahiyələrindən xəsarət yetirib.
Onun hərəkətlərinin motivi aydınlaşdırılır.
Hadisə ilə bağlı Cinayət Məcəlləsinin “Xuliqanlıq” maddəsi ilə cinayət işi açılıb.
Mənbə:> Oxu.Az