Bakıda iki oğlan qıza hücum etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Bakıda iki oğlan qıza hücum etdi

Bakıda iki oğlan qıza hücum etdi


Bakının Binəqədi rayonunda qıza qarşı soyğunçuluq edən iki gənc saxlanılıb.

AzNews.info ANS PRESS-ə istinadən xəbər verir ki, hadisə “Azadlıq” metrosunun yanında baş verib.

Neftçala rayon sakini 22 yaşlı İsmət Abbasov və 20 yaşlı Röyal Mehdiyev, Türkan Məmmədovaya qarşı soyğunçuluq etməkdə şübhəli bilinərək saxlanılıblar. Saxlanılan şəxslər istintaqa ifadələrində törətdikləri əməli etiraf ediblər.

Belə ki, pula ehtiyacları olduğu üçün bu yola əl atdıqlarını deyən İsmət Abbasov zərərçəkmişi 155 saylı marşrut avtobusunda müəyyənləşdirdiklərini deyir. Zərərçəkmiş Türkan Məmmədova “Azadlıq” metrostansiyasının yaxınlığında marşrutdan düşüb. Dostlar da onun arxası ilə gediblər. Qız ara küçəyə girəndə dostlar öz əməllərini həyata keçiriblər, onun planşetini əlindən alıblar.

Onlar polisə verdikləri ifadələrində günahı bir-birilərinin üstünə atıblar.

Polis qarət olunan planşeti maddi sübut kimi götürüb. Faktla bağlı Binəqədi rayon polis idarəsinin istintaq şöbəsində saxlanılan hər iki şəxs barəsində Cinayət Məcəlləsinin soyğunçuluq maddəsi ilə cinayət işi başlanıb.

Araşdırmalar aparılır.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *