Bakıda küçədə qadına qarşı cinayət
Bakıda qadına qarşı soyğunçuluq olub.
Nərimanov rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Ağa Nemətulla küçəsi ev 70 A ünvanının qarşısında 1975-ci il təvəllüdlü Elnarə Sadıqova naməlum şəxsin hücumuna məruz qalıb.
Həmin şəxs qadına qarşı zor tətbiq edərək içərində 530 manat pul, pensiya və maaş kartı olan əl çantasını ondan alıb.
Faktla bağlı zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Mənbə:> Lent.az