Moskvada avtomatla gəzən azərbaycanlı saxlanıldı
Moskvada silahın qanunsuz dövriyyəsində şübhəli bilinən etnik mütəşəkkil qrupun iki üzvü saxlanılıb. Bu, Azərbaycan respublikasının 31 yaşlı vətəndaşı və daha öncə mühakimə edilmiş Şimali Osetiya-Alaniya respublikasının 30 yaşlı vətəndaşıdır.
Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, şübhəli bilinən şəxslərin yaşayış yerlərində axtarış zamanı 5,45 mm kalibrli “Kalaşnikov” avtomatı, avtomata məxsus daraq, travmatik tapança aşkar edilərək müsadirə olunub.
Fakt üzrə “qanunsuz silah dövriyyəsi” maddəsi ilə cinayət işi açılıb. Şübhəli bilinən şəxslərə qarşı həbs qətimkan tədbiri seçilib.
Mənbə:> Oxu.Az