Oğurluqda şübhəli bilinən şəxs saxlanıldı

Masallıda oğurluqda şübhəli bilinən şəxs tutulub.
ANS PRESS-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 27-də rayon sakini Bəybala Fətullayevin evindən 130 manat və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş Eldar Şahbazov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: ANSPRESS