Moskva səmasında iki təyyarə az qala toqquşacaqmış
Rusiya növbəti aviaqəza təhlükəsi ilə üzləşib. Moskva üzərində səmada göyərtəsində sərnişinlər olan təyyarələr az qala toqquşacaqmış.
Virtualaz.org saytı xəbər verir ki, bu barədə "Life News" məlumat yayıb.
Xəbərə görə, insident noyabrın 3-də baş verib. Belə ki, Monteneqronun Tivat şəhərinə uçan "A320" təyyarəsi Şeremetyevo aeroportundan havaya qalxan anda Vnukovo aeroportundan da Estoniyanın Tallinn şəhərinə "Bombardier Learjet 60" markalı təyyarə uçurmuş.
Xəbərdə deyilir ki, yerli vaxtla saat 11:08-də təyyarələr arasında şaquli istiqamətdə cəmi 150 metr məsafə olub.
Xoşbəxtlikdən təyyarələr havada bir-birindən uzaqlaşa biliblər. Bunu bacarmasaydılar, cəmi 10 saniyə sonra toqquşacaqmışlar.
Hazırda faktla bağlı təhqiqat aparılır.
Mənbə:> Virtualaz.org