Təyyarələr toqquşdu: 2 ölü » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Təyyarələr toqquşdu: 2 ölü

Təyyarələr toqquşdu: 2 ölü


Kanadada iki təyayrə toqquşub, ölənlər var.

ANS PRESS-in məlumatına görə, Kanadanın Alberta ştatının Fort MakMurrey şəhərində havada toqquşan təyyarələrdən birinin “Cessna 172” tipli, digərinin isə hələlik bilinmədiyi vurğulanır. Bu barədə Kanada polisi xəbər yayıb.

Xəbərdə bildirilir ki, təyyarələrin toqquşma səbəbi bilinməsə də, qəza zamanı zərər dəyən təyyarələrdən biri bataqlığa düşüb və içərisindəki iki nəfər ölüb. Digər təyyarə isə uğurlu şəkildə yaxınlıqdakı hava limanına enməyi bacarıb.

Helikopterlə bölgədə axtarış aparan ilk yardım və xilasedici qrup bataqlıq sahəyə düşən təyyarənin qalıqlarını aşkar ediblər.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırmalara başlanılıb.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *