Olland hərbi təyyarə göndərir
Qətər hökuməti Fransadan yeni hərbi təyyarələr almaq niyətindədir.
ANS PRESS-in məlumatına görə, Fransa prezidenti mətbuat xidmətini yaydığı açıqlamada Qətər hakimiyətinin rəsmi Parisə 24 ədəd “Rafle” tipli hərbi təyyarə almaq tələbi göndərdiyi bildirilir.
Hərbi təyyarələrin satışı barədə razılaşma Fransa prezidenti Fransua Ollandın mayın 4-də Qətərə reallaşdıracağı səfər çərçivəsində imzalanacaq.
Fransanın Əfqanıstan, Liviya, Mali və İraqda istifadə etdiyi hərbi təyyarələr dünyanın ən yüksək texnoloji imkanlarına sahib hərbi təyyarələrdir. “Rafale” ən bahalı hərbi təyyarələrdən biri kimi qiymətləndirilir.
Xatırladaq ki, Fransa fevral ayında isə Misirə 24 ədəd bu təyyarədən satmışdı.
Mənbə:> ANSPRESS