“İncirlik”dən qalxan təyyarələr İŞİD-i vurdu
ABŞ Mərkəzi komandanlığı (CENTCOM) İncirlik aviabazasından səmaya qalxan təyyarələrin İŞİD-in mövqelərinə zərbələr endirdiyini bildirib.
Oxu.Az Anadolu agentliyinə istinadən xəbər verir.
CENTCOM öz məlumatında qeyd edib ki, zərbələr “Sarsılmaz əzm” əməliyyatı çərçivəsində endirilib.
Xatırladaq ki, ABŞ Müdafiə Nazirliyi avqustun 9-da İncirlik aviabazasında ABŞ başda olmaqla koalisiyanın “Sarsılmaz əzm” hərbi əməliyyatı çərçivəsində İŞİD terror təşkilatına qarşı mübarizədə iştirak etmək üçün 6 ədəd F-16 təyyarəsi və 300 xidmət personalının yerləşdirildiyini bəyan etmişdi.
Mənbə:> Oxu.Az