Ağ Ev Türkiyəni sülh yolu ilə çözüm prosesinə qayıtmağa çağırdı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Ağ Ev Türkiyəni sülh yolu ilə çözüm prosesinə qayıtmağa çağırdı

Ağ Ev Türkiyəni sülh yolu ilə çözüm prosesinə qayıtmağa çağırdı


Ənənəvi gündəlik mətbuat konfransı zamanı Şultza, Türkiyə və ABŞ arasında “İncirlik” aviabazasının müştərək istifadəsinə dair razılıq və PKK terror təşkilatına qarşı əməliyyatlar haqqında suallar verilib.

Oxu.Az bu barədə “Anadolu” agentliyinə istinadən xəbər verir.

Şultz Türkiyə və ABŞ arasında Daesh-ə qarşı birgə mübarizənin gücləndirilməsinə dair danışıqların davam etdiyini xatırladıb:

“Bildiyiniz kimi, Türkiyə NATO-nun strateji tərəfdaşı, yaxın dost, İŞİD ilə mübarizədə koalisiyanın dəyərli tərəfdaşıdır. Türkiyə hökumətinin İŞİD-lə mübarizədə dəstəyindən məmnunuq. Bura həmçinin təlim və təchizat üzrə proqram, kəşfiyyat məlumatlarının mübadiləsi və operativ koordinasiyası daxildir”.

Şultz qeyd edib ki, bu öhdəçiliyin bir hissəsi olaraq Türkiyə ABŞ-ın və koalisiyanın digər ölkələrinin pilotsuz uçan aparatları və təyyarələri üçün öz hərbi bazasını açıb.

PKK-ya qarşı əməliyyatlara dair suala gəldikdə Şultz qeyd edib:

“PKK da terror təşkilatıdır. Bu təşkilatın terror hücumlarını pisləyirik. Türkiyənin özünü müdafiə hüququna hörmətlə yanaşırıq”.

Şultz həmçinin gərginliyi azaltmağa və sülh yolu ilə çözüm prosesinə qayıtmağa çağırıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *