Bakıda ana və azyaşlı oğlunu avtomobil vurdu: Ölən var
Azərbaycan paytaxtında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bakı şəhər Baş Polis İdarəsindən Oxu.Az-a verilən məlumata görə, sentyabrın 26-da Xətai rayonu Gəncə prospektində Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Vüqar Romanoğlu idarə etdiyi “Jeep-Grand Cherokee” markalı avtomobillə Culfa rayon sakinləri - 1988-ci il təvəllüdlü Gülnar Əsgərovanı və oğlu 2009-cu il təvəllüdlü Fərid Cəfərovu vurub.
F.Cəfərov aldığı xəsarətlər nəticəsində xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə:> Oxu.Az