ABŞ-da içində sərnişinlər olan təyyarə alışdı » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Kriminal, Foto, Video

ABŞ-da içində sərnişinlər olan təyyarə alışdı – VİDEO+FOTO

ABŞ-da içində sərnişinlər olan təyyarə alışdı


Çərşənbə günü Amerikanın Las-Veqas şəhərinin aeroportunda Boeing 777 sərnişin təyyarəsi startdan öncə alışıb, Associated Press agentliyi bildirib.

İki sərnişin kiçik xəsarətlərlə xəstəxanaya yatırılıb, Oxu.Az İnterfaks-a istinadən bildirir.

Ekipaj təyyarəni uçuşa hazırlayarkən mühərriklərdən biri alışıb. Sərnişinlər salonu qəza çıxışlarından tərk etməli olublar.

ABŞ Federal Mülki aviasiya idarəsinin nümayəndəsi İen Qreqorun sözlərinə görə, Boeing 777-nin sol mühərriki alışıb. Bununla yanaşı yanğınsöndürənlər çox az bir zamanda yanğının öhdəsindən gəliblər. Onlar hesab edirlər ki, yanğının səbəbi texniki nasazlıq olub.

Aeroportdan agentliyə bildiriblər ki, təyyarə British Airways şirkətinə məxsusdur. Təyyarədə 159 sərnişin və 13 nəfər heyət üzvü olub.



ABŞ-da içində sərnişinlər olan təyyarə alışdı
ABŞ-da içində sərnişinlər olan təyyarə alışdı
ABŞ-da içində sərnişinlər olan təyyarə alışdı

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *