Rusiyada aviaqəzada ermənilər öldülər
Ermənistan Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən, Ermənistanın dörd vətəndaşı Moskva əyalətində hidroplan və helikopterin toqquşması nəticəsində həlak olublar.
Oxu.Az bu barədə “Novosti-Armeniya” agentliyinə istinadla xəbər verir.
“Erməni xilasedicilər həlak olanların adlarını açıqlayıb – Erik (8 yaş) və Ofeliya (10 yaş) Qelçyanlar və Larisa (25 yaş) və Paruyr (26 yaş) Manukyanlar”, - agentliyin məlumatında deyilir.
Qeyd edək ki, aviaqəza dünən baş verib. Şəxsi uçuş həyata keçirən hidroplan “Robinson 44” helikopteri ilə toqquşub. Nəticədə hər ikisi suya düşüb.
Mənbə:> Oxu.Az