Rusiyada qurbanlarının sayı artdı
Rusiyanın Xakasiya bölgəsində tüğyan edən meşə yanğınları zamanı həlak olanların sayı 23-ə çatıb. ANS PRESS-in məlumatına görə. bu barədə Rusiya kütləvi-informasiya vasitələri Fövqəladə Hallar Hazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.
Genişmiqyaslı yanğın nəticəsində mindən çox ev yararsız vəziyyətə düşüb, 900 nəfər xəsarət alıb. Hazırda 100-dən çox yaralının müalicəsi xəstəxanalarda davam etdirilir, 10 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Rusiya Fövqəladə Hallar Nazirliyinin 5 mindən çox heyəti yanğını söndürmək və vətəndaşları təxliyə etmək üçün hadisə yerində çalışıb.
İlkin versiyalara görə, yanğına zəmilərdə quru otların yığılması və xəbərdarlıq edilmədən yandırılması səbəb olub. Güclü küləyin əsməsi isə yanğının əhatə dairəsinin daha da genişlənməsinə gətirib çıxarıb. Hazırda yanğının sahəsinin 14 min hektara çatdığı bildirilir.
Mənbə:> ANSPRESS