FHN açıqlama yaydı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial » Hadisə

FHN açıqlama yaydı

FHN açıqlama yaydı


Azərbaycanın Astara rayonunda baş verən güclü yanğın hadisəsi ilə bağlı Fövqəladə Hallar Nazirliyi açıqlama yayıb.

ANS PRESS-in məlumatına görə, bu haqda informasiyanı FHN-in Astara Rayon Yanğından Mühafizə Hissəsi yayıb.

Açıqlamada deyilir ki, yanğın zamanı xəsarət alan olmasa da, 1 çayxana 50 kv.m sahədə, ona bitişik olan mobil telefon satışı dükanının dam örtüyü 20 kv.m sahədə, meyvə-tərəvəz dükanının dam örtüyü 12 kv.m sahədə, ümumilikdə isə 82 kv.m sahə yanaraq yararsız hala düşüb. 12 mağaza, o cümlədən ikimərtəbəli 1 ticarət obyekti yanğından mühafizə olunub. Yanğın saat 22.00 radələrində tam lokallaşdırılıb.

Qeyd edək ki, hadisə avqustun 23-də axşam saatlarında rayonun Pensər kəndində ticarət obyektlərinin cəmləşdiyi ərazidə qeydə alınıb.

Yanğının söndürülməsi üçün hadisə yerinə 2 yanğın söndürən maşın və canlı qüvvə səfərbər olunub. Onların səyləri nəticəsində güclü alov dalğasının əhatə dairəsinin genişlənməsinin və yanğının digər bitişik ticarət obyektlərinə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *