Üsamə Bin Ladenin qohumları aviaqəzada həlak oldular » AzNews.info -Xəbər portalı

Üsamə Bin Ladenin qohumları aviaqəzada həlak oldular – VİDEO+FOTO

Üsamə Bin Ladenin qohumları aviaqəzada həlak oldular


Böyük Britaniyanın cənubunda Embraer Phenom 300 təyyarəsinin qəzaya uğraması nəticəsində “əl Qaidə”nin sabiq rəhbəri Üsamə Bin Ladenin qohumları həlak olub. Onların arasında terrorist Raca Haşimin ögey anası və ögey bacısı Sana Ben Laden və onun əri Zühair Haşim olub. Bu barədə Amerika telekanalı NBC News-a ben Laden ailəsinin dostu danışıb.

Oxu.Az xəbər verir ki, həlak olanların ailəsinə Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd ben Naif ben Abdul Əziz başsağlığı verib.

Embraer Phenom 300 təyyarəsi Böyük Britaniyanın cənubunda iyulun 31-də qəzaya uğrayıb. Milandan uçan layner Blekbuş aeroportunda avtomobil bazarının üzərinə düşüb. Pilot və üç sərnişin qəzanın qurbanı olub.

Daha sonra Daily Mail nəşri qəzaya uğrayan təyyarənin Səudiyyə şirkəti Salem Aviation-a aid olduğunu aydınlaşdırıb. Bu şirkətə “Əl Qaidə”nin 2011-ci ildə qətlə yetirilən lideri Üsamə Bin Ladenin ailəsi tərəfindən nəzarət edilir. Bu fakt ortaya çıxanda həlak olanların terroristin ailə üzvlərinin ola biləcəyi ehtimalı yaranıb.



Üsamə Bin Ladenin qohumları aviaqəzada həlak oldular
Üsamə Bin Ladenin qohumları aviaqəzada həlak oldular
Üsamə Bin Ladenin qohumları aviaqəzada həlak oldular

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *