“Əl Qaidə”nin lideri məhv edildi
“Ərəbistan yarımadasındakı Əl Qaidə”nin rəhbəri Nasir əl-Vahişinin Yəməndə ABŞ-ın pilotsuz uçan aparatına hücum zamanı öldürüldüyü ehtimal edilir, CNN mənbəyə istinadən xəbər verir.
Oxu.Az İnterfaks-a istinadən xəbər verir ki, Vaşinqton hələlik əməliyyata aidiyyatını rəsmi olaraq təsdiq etməyib.
Nasir əl-Vahişi terror təşkilatında ikinci sima idi, əvvəllər Üsamə bin Ladenin katibi olub. “1 nömrəli terrorçu” 2011-ci ilin may ayında Abbotabad şəhərinin ətrafında Amerika xüsusi təyinatlılarının məxfi əməliyyatı nəticəsində məhv edilib.
Mənbə:> Oxu.Az