Qruplaşma lideri məhv edildi
Somalidə Əş-Şəbab qruplaşması liderlərindən biri məhv edilib.
ANS PRESS-in məlumatına görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) xüsusi xidmət orqanlarının keçirdiyi əməliyyat nəticəsində qruplaşma rəhbəri Adnan Qarar öldürülüb.
"CBC" telekanalının yaydığı xəbərdə aralarında Adnanın da olduğu bir neçə “əş-Şəbab”çının raket zərbəsi nəticəsində məhv edildiyi bildirilir.
Bir müddət əvvəl isə radikal qruplaşmanın kəşfiyyat bölməsinin rəhbəri kimi bilinən Yusif Dikanı da bu üsulla öldürülmüşdü.
Onu da qeyd edək ki, Adnan Qaraar 2013-cü ildə Keniyanın paytaxtı Nayrobi şəhərində 67 nəfərin ölümü ilə nəticələnən terror aktının təşkilatçısı hesab olunurdu.
Mənbə:> ANSPRESS