Əl-Qaidə lideri öldürüldü
Yəməndə Əl-Qaidə liderlərindən biri hücum zamanı öldürülüb.
ANS PRESS-in məlumatına görə, Yəmən Əl-Qaidəsi təşkilatının əsas lider və ideoloqlarından olan Nasir bin Ali Ansinin Amerika Birləşmiş Ştatlarına (ABŞ) məxsus pilotsuz qırıcıların hücumu zamanı öldürüldüyü açılanıb.
Hücum zamanı təşkilat liderinin yanında böyük oğlu da olub və onlarla birlikdə 6 Əl-Qaidə üzvünün də öldüyü bildirilir.
Qeyd edək ki, sözügedən Əl-Qaidə lideri Fransada “Charlie Hebdo” jurnalına həyata keçirilən hücumdan sonra video yayımlayaraq, Ərəb yarımadasındakı Əl-Qaidə təşkilatı olaraq hücumu öz üzərilərinə götürmüşdü.
Mənbə:> ANSPRESS