Usama Bin Ladeni vuran tapıldı
Uzun illərdir "Əl Qaidə" terror təşkilatının lideri olan Usama Bin Ladeni kimin öldürdüyü müzakirə mövzusu idi. ANS PRESS in məlumatına görə, bu günlərdə onu vuran amerikalı əsgərin adı açıqlanıb. Belə ki, dünyanın bir nömrəli terrorçusu hesab edilən Bin Ladeni ABŞ donanmasında xidmət edən, xüsusi xidmət orqanında çalışan 38 yaşlı Rob O'Neill olub.
O, "Əl Qaidə" rəhbərini başından 3 güllə ilə öldürmüşdü. 16 ildir ki, xüsusi xidmət orqanlarında fəaliyyət göstərən O'Neill 400-dən çox əməliyyatda iştirak edib, 52 medal qazanıb.
Rob O'Neillin atası bəzilərin onların İŞİD-ın hədəfi olacağından narahat olduqlarını deyib.
Qeyd edək ki, Usama Bin Laden 2011-ci ilin may ayında Pakistanın Abbottabad şəhərində öldürülüb.
Mənbə:> ANSPRESS