Astanada Əfqanıstan müzakirəsi
Qazaxıstan paytaxtında MDB dövlətlərinin xüsusi xidmət və təhlükəsizlik orqanları rəhbərlərinin 37-ci iclası işə başlayıb. Əsas mövzu Əfqanıstanda fəaliyyət göstərən terror təşkilatlarının təhlükələrinə qarşı mübarizədir.
ANS PRESS-in TACC-a istinadla verdiyi xəbərə görə, bu gün işə başlayan iclasda MDB ölkələrinin xüsusi xidmət orqanları arasında əməkdaşlığın təkmilləşdirilməsi məsələsinə də baxılır.
Rusiya Federal Təhlükəsizlik Xidmətindən bildirilib ki, beynəlxalq qüvvələrin 2014-cü ildə Əfqanıstandan çıxarılmasından sonra terror təhlükəsinin MDB ölkələrinin ərazisində artması ehtimalı var. İclasda terrorçuluğa qarşı birgə bu ilin avqustunda və sentyabrında Rusiya, Belarus və Qazaxıstan ərazisində keçirilmiş təlimlərin nəticələri haqqında MDB Antiterror Mərkəzi rəhbərlərinin məruzələri dinləniləcək və Mərkəzin fəaliyyətinin təkmilləşdirilməsi konsepsiyası layihəsi üzrə qərar qəbul ediləcək.
Mənbə:> ANSPRESS