“Əş-Şəbab” lideri öldürüldü
Somalidə Əş-Şəbab qruplaşması liderlərindən biri məhv edilib.
ANS PRESS-in məlumatına görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) xüsusi xidmət orqanlarının keçirdiyi əməliyyat nəticəsində qruplaşma rəhbərlərindən biri öldürülüb.
"CBC" telekanalının yaydığı xəbərdə aralarında qruplaşma liderinin də olduğu bir neçə “əş-Şəbab”çının raket zərbəsi nəticəsində məhv edildiyi bildirilir.
Bir müddət əvvəl isə radikal qruplaşmanın kəşfiyyat bölməsinin rəhbəri kimi bilinən Yusif Dikanı da bu üsulla öldürülmüşdü.
Onu da qeyd edək ki, məhv edilən bu şəxs onlarla insanın ölümü ilə nəticələnən terror aktlarının təşkilatçısı hesab olunurdu.
Mənbə:> ANSPRESS