Terrorçular Türkiyədə neft kəmərini partlatdılar
Türkiyəyə İran neftinin nəql edildiyi Kirkuk-Yumurtalık neft kəməri, ölkənin cənubi-şərqində - Şirnak vilayətində terrorçular tərəfindən partladılıb.
Oxu.Az xəbər verir ki, bu barədə çərşənbə günü ölkənin energetika və təbii resurslar naziri Taner Yıldız bildirib.
“Keçən gecə Şirnak vilayətində Cizrə şəhərindən beş km məsafədə Kirkuk-Yumurtalık neft kəməri partladılıb. Hadisədən sonra neft kəməri bağlanılıb. Operativ tədbirlər sayəsində bu terror aktı ölkədə enerji daşıyıcılarının çatışmazlığına səbəb olmadı”, - nazirin bəyanatında bildirilib.
Yıldızın sözlərinə görə, Türkiyənin energetika obyektlərində törədilən bu və əvvəlki terror aktları terroristlərin ölkədə sabitliyi pozmağa çalışdıqlarını göstərir.
Bazar ertəsi, ölkənin şərqində Aqra vilayətində kürd yaraqlıları İrandan Türkiyəyə qazın nəql edildiyi magistral qaz kəmərini partlatmışdılar.
Bu kəmər ilə qaz təchizatı hələ də bərpa edilməyib.
Mənbə:> Oxu.Az