Tələbələrdən talasemiya xəstələrinə dəstək » AzNews.info -Xəbər portalı

Tələbələrdən talasemiya xəstələrinə dəstək – FOTO

Tələbələrdən talasemiya xəstələrinə dəstək


Azərbaycan Respublikası Prezidenti yanından Gənclər Fondunun VI qrant müsabiqəsində qalib olmuş fərdi layihələrdən biri olan “Talasemiyalılara tələbələrin könüllü dəstəyi” adlı layihənin Bakı şəhərində olan tədbirləri bugün tamamlanmışdır.
Qeyd edək ki, koordinatorluğu Fəridə Fərəcova tərəfindən aparılan layihənin Bakı və Şirvan şəhərlərində həyata keçirilməsi nəzərdə tutulmaqdadır. Təsadüfi deyildir ki, elə həmin bölgələrdə respublikamızda talassemiya xəstəliyi daşıyıcılığının ən sıx görüldüyü ərazilərdir. Bu mənada layihə çərçivəsində Bakı və Şirvan şəhər gənclərinin məlumatlılığının təmin edilməsi mühim aktuallıq kəsb edir.
AzNews.info xəbər verir ki, Bakı şəhərində ATMU-nun əsas baza binasında keçirilən tədbirdə 20-dən çıx könüllü tələbə və rəhbərlik işçiləri, gənc müəllimlərdə cəlb olunmuşdur. Bakı şəhəri Nərimanov Rayonu İ.H. Gənclər və idman idarəsini nümayəndəsi olaraq A. Ağamirov tədbir açılışında və qapanışında layihə mövzusunun aktuallığını və görülən layihə tədbirlərinin əhəmiyyətini iştirakçıların diqqətinə çatdırmışdır.
“Birinə həyat bəxş edə bilsən” sloqanıyla həyata keçirilən layihənin Bakı şəhəri tədbiri çərçivəsində iştirakçılara məlumat kitabçaları və köynək (mayka) paylanmışdır. Tədbirin seminarında Talassemiya xəstəliyi haqqında geniş məlumat verilmiş, araşdırma və nəticələrlə mövzunun aktuallığı iştirakçı gənclərə çatdırılmışdır. Tədbirdən sonra da aktivlik müşahidə olunan iştirakçıların çox qismi bu tipli fəaliyyətlərdə hər zaman könüllü iştirak istəklərini bildirmişdir.

Qeyd edək ki, layihənin digər tədbirləri Şirvan şəhərində keçiriləcəkdir. Bu tədbirlərdə də Şirvan şəhər dövlət xəsətəxanası talassemiya bölməsinin həkimləri ilə yanaşı bu profildən müxtəlif yerli QHT təmsilçilərinin iştirakı da nəzərdə tutulmuşdur.

Tələbələrdən talasemiya xəstələrinə dəstək
Tələbələrdən talasemiya xəstələrinə dəstək
Tələbələrdən talasemiya xəstələrinə dəstək
Tələbələrdən talasemiya xəstələrinə dəstək

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *