Yayda qar yağdı – VİDEO+FOTO
Rusiyanın bir neçə şəhərinə iyul ayının ortasında qar yağıb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Çelyabinsk və Yekaterinburq şəhərlərinə qar yağışı bir neçə saat davam edib.
Qar daha çox Çelyabinsk vilayətinin Zlatousta şəhərinə düşüb. Səhər yuxudan oyanan və küçələrin, avtomobillərin üzərinin qarala örtüldüyünü görən sakinlər gözlərinə inanmayıblar. Yerli mətbuatın yazdığına görə, Çelyabinsk vilayətinin bəzi yerlərində qarın hündürlüyü 5-10 sm-ə çatıb. Rusiyanın Ural bölgəsində yerləşən bu ərazilərdə havanın temperaturu -3 dərəcəyə kimi enib.
Qar yağışı Satki şəhərində də müşahidə edilib.
Rusiyada yayda yağan qarın görüntüləri
5 gün əvvəl Rusiyanın Komi Respublikasının şimalında yerləşən Vorkuta şəhərinə də gözlənilmədən qar yağmışdı.
Şəhər sakinlərinin sözlərinə görə, iyulun 12-də güclü leysan olub. Daha sonra isə çovğun başlayıb. Ardınca isə qar yağıb.
Qeyd edək ki, Vorkuta qütb dairəsində yerləşir. Əhalisinin sayına görə, qütb zonasının üçüncü şəhəridir. Şəhərdə 60 mindən çox adam yaşayır. Vorkuta 1930-cu ildə salınıb.
Sinoptiklərin dediyinə görə, Vorkutaya qar Arktikadan qəflətən daxil olan soyuq hava axını ilə bağlı olaraq yağıb. Soyuq hava şəhərdə nəzərdə tutulan İvan Kupala bayramının keçirilməsinə mane olub.
Vorkutada qar yağıb
İlk dəfədir ki, Rusiyada yayın ortasında anomal təbiət hadisəsi yaşanıb. Havalar iyul ayının əvvəlindən soyumağa başlayıb. İyulun 6-dan temperatur 1-3 dərəcə aşağı düşüb. Ona görə də, qeyd edilən şəhərlərdəki binaları qızdırmaq üçün qazanxanalar işə salınıb.
Rusiya Fövqəladə Hallar Nazirliyi əhaliyə temperaturun gələn həftə yenidən dəyişəcəyi və bölgədə ola biləcək sel barədə xəbərdarlıq edib.
Sakinlərin paylaşdığı video
Analoji hal Ukraynada da müşahidə olunur. Orada da insanlar gün üzünə həsrətdirlər. Artıq neçə gündür ki, burada temperatur mənfi 3-4 dərəcədir.
Ukrayada hava
Xatırladaq ki, 1949-cu ildə Başqırdıstanda, 1960-cı ildə İvdel və 1963-cü ildə Yekaterinburq şəhərində yaz aylarında qar yağmışdı.
Mənbə:> ANSPRESS