Hava temperaturu rekord dərəcədə yüksək olub
Yer kürəsində hava temperaturu iyun-avqust aylarında yeni göstəricilərə əsasən rekord həddə yüksək olub.
ANS PRESS-in məlumatına görə, bu haqda ABŞ-ın Milli Okeonoqrafiya və Atmosfer idarəsi açıqlama yayıb.
Açıqlamada bildirilir ki, qeyd edilən aylarda dünya üzrə orta temperatur selsi üzrə 16,5 dərəcə olub.
Bu, 1998-ci ildə qeydə alınmış ən yüksək səviyyədən 0,71 dərəcə çoxdur və 1980-ci ildən bəri qeydə alnmağa başlayandan ən yüksək temperatur göstəricisidir.
Dünya okeanlarında da avqust ayında ən yüksək temperatur qeydə alınıb.Belə ki, hava temperaturu orta temperaturdan 0,65 dərəcə çox olub.
Açıqlamada bildirilir ki, əgər ilin son dörd ayı temperatur səviyyəsi rekord həddə qalsa, 2014-cü ildə ən isti il kimi qeydə alınan 2010-cu ili əvəz edəcək.
Mənbə:> ANSPRESS