Moskvada nadir təbiət hadisəsi
Rusiya paytaxtında nadir təbiət hadisələrindən biri baş verəcək.
ANS PRESS-in məlumatına görə, paytaxt Moskva sakinləri güclü maqnit qasırğası sayəsində bu gecə qütb işıqlarını izləyə biləcəklər. Bu barədə Moskva rəsədxanası açıqlama yayıb.
“NASA-nın məlumatına əsasən, 22-23 iyun tarixlərində Günəşdəki partlayışlar nəticəsində Dünya istiqamətində irəliləyən güclü maqnit qasırğası gözlənilir. Geomaqnit qasırğasının Kp indeksi 9 ballıq şkala üzrə 7 olacaq. Belə olacağı halda, Moskva Nijni Novqorod, Kazan, Çelyabinsk, Omsk, Novosibirsk və Krasnoyarskda qütb işıqları müşahidə olunacaq”, - deyə rəsədxananın açıqlamasında bildirilir.
Qütb işıqları bu il ikinci dəfə Moskva səmalarını aydınladacaq. Bundan əvvəl isə mart ayında baş vermişdi.
Mənbə:> ANSPRESS