Moskva Azərbaycanda rusdilli KİV-lərə pul ayırdı
Moskva hökuməti xaricdə rusdilli KİV-lərin dəstəklənməsi proqramının yerinə yetirilməsinə 12 milyon rubl ayırıb.
Virtualaz.org saytı xəbər verir ki, bu barədə Moskva hökumətinin mətbuat xidməti məlumat yayıb.
“Proqramın məqsəd və vəzifələrinə əsasən maliyyə yardımını Azərbaycan, Bolqarıstan, Almaniya, İtaliya, Qazaxıstan, Kipr, Litva, Moldova, ABŞ və Estoniyadan olan KİV-lər alacaq”- deyə açıqlamada bildirilir.
Qeyd edilir ki, rusdilli KİV-lərin dəstəklənməsi proqramının əsas məqsədi rusdilli məkanının saxlanılması və informasiya məkanının rusdilli seqmentinin inkişafı üçün rusiyalı həmvətənlərin konsolidasiyasına yardım etməkdir.
Mənbə:> Virtualaz.org