Ermənilərdən itki etirafı » AzNews.info -Xəbər portalı

Ermənilərdən itki etirafı – FOTO

Ermənilərdən itki etirafı


Ermənistan mətbuatı itkiləri yenidən gizlətməyə cəhd edib.

ANS PRESS-in məlumatına görə, erməni KİV-i iddia edir ki, təmas xəttində işğalçı qüvvələrinə məxsus hərbi maşının minaya düşməsi və 10 erməni əsgərin ölməsi xəbəri yanlışdır.

Rəsmi İrəvanın sifarişi ilə yazılan məlumatlarda "iLur.am" saytına xaker hücumu ilə bu məlumatın yerləşdirildiyi qeyd edilir. Qarşı tərəf iddia edir ki, görüntüləri yayan "iLur.am" saytının ümumiyyətlə rusdilli versiya yoxdur.

Qaş düzəldən yerdə vurub göz çıxardan erməni KİV-i açıq-aşkar yalan məlumatlar yayır. Yerli əhalini sakitləşdirməyə hesablanmış bu informasiyalar ölkədəki panikanı azaltmaq məqsədi daşıyır.

Ermənilərdən itki etirafı


Görüntüdən də aydın olduğu kimi sözügedən saytın rusdilli versiyası var. İtkiləri açıqlamaqdan çəkinən İrəvan KİV-in əlilə əhalinin başını qatmağa çalışır.


Ermənilərdən itki etirafı


Erməni tərəfi o qədər təşvişə düşüb ki, məlumatın yalan olduğu və itki vermədiyini göstərmək üçün strateji səhvə yol verib. Mina partlayışının video görüntüsü Youtube videoportalından silinib. Əgər məlumatlar yanlış idisə erməni tərəfi videonu saxlamaqla bunu sübut edə bilərdi. Youtube-a yüklənmiş videonun silinməsi ilə onlar dolayısı ilə itkilərini etiraf edirlər.

Ermənilər hərbi avtomobillərin minaya düşməsi görüntülərini şəbəkədən silsə də ANS PRESS həmin kadrları sizə təqdim edir:


Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *