4 erməni minaya düşdü

Ermənistanın Tavuş vilayətinin Berd şəhərində erməni hərbi qulluqçuları minaya düşüb.
ANS PRESS-in məlumatına görə, bu haqda Ermənistanın müdafiə nazirliyinin mətbuat katibi Arçrun Ovannisyan xəbər verib.
Hadisə zamanı 4 hərbi qulluqçu yaralanıb.
Bunlardan üçü zabit, biri isə müqaviləli hərbi qulluqçudur.
Yaralıların vəziyəti ağırdır.
Hadisə ilə bağlı araşdırma aparılır.
Mənbə: ANSPRESS