Avstraliyada son 8 ilin ən soyuq qışı yaşanır
Avstraliyanın əksər hissələrini soyuq hava kütlələri öz cənginə alıb.
ANS PRESS-in məlumatına görə, hətta ölkənin ən günəşli ştatı sayılan Kuinslend ştatı da qar örtüyünə bürünüb.
Burada iyul ayı qış fəsli olsa da, qar yağıntısı son illər nadir hal hesab edilirdi. Lakin 2 illik fasilədən sonra ötən gecə Kuinslend ştatına yağan qar sakinləri, xüsusilə də uşaqları sevindirib. Səhər isə bir çox avstraliyalılar ailələri ilə birlikdə qarın daha çox yağdığı Nyu-Saus Uels ştatına istirahətə gedib.
Yerli meteoroloqlar isə həmin ştatda son 8 ilin ən soyuq qışının müşahidə edildiyini bildiriblər.
Mənbə:> ANSPRESS