Bakı qara hazırdır?
Soyuq hava şəraiti ilə bağlı, əhalinin istiliklə təminatında məhdudiyyət olmayacaq.
ANS TV-nin məlumatına görə, bunu “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətindən bildirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinini qarşıdakı bir neçə gündə havaların daha soyuq olacağı ilə bağlı etdiyi xəbərdarlıq mənzillərindəki istilik sistemindən narazı olanları daha çox düşündürür. Hazırda xüsusilə paytaxtda bir çox bina evləri mərkəzləşmiş istilik sistemi ilə qızıdırılr. Fərdi yaşayış evərində isə insanlar daha çox üstünlük verdiyi təbii qazdır. Qarşıdakı günlərdə istilik və qaz sistemində hər hansı yaranacaq problem insanları çətin vəziyyətə sala bilər. Elə aidiyyatı qurumlarda bu kimi halların baş verməməsi üçün müvafiq tədbirlər görüblər.
“Azəristilik təchizat” ASC-nini abonent və müştərilərlə iş üzrə şöbəsinin müdiri Rafiq Əliyev deyir ki, qazanxanalardakı nasazlıqlar noyabr ayının 15-dək aradan qaldırılıb. Qarşıdakı günlərdə hər hansı problemin yaranması gözlənilmir.
“Azəriqaz” İB-nin rəsmisi İbrahim Kərbalayev bildirdi kİ, qarşıdakı günlərdə qaz təchizatında məhdüdiyyətlər olmayacaq. Həmçinin qarşıya çıxacaq hər hansı problemin aradan qaldırılması üçün qurum gücləndirilmiş iş rejimində çalışacaq. O bütün qaz istismar sahələrində məsul işçilərdən ibarət növbətçi sistemin davam etdiyini deyir. Havaların soyuq və şaxtalı keçməsi ilə əlaqədar “185” qaynar xətti və “104” qəza xətti gücləndirilmiş iş rejimində işləyəcəklər və 24 saat fəaliyyət göstərəcəklər.
Qeyd edək ki, şaxtalı günlər 3 gün davam edəcək.
Mənbə:> ANSPRESS